- Offside
- 13:25 24.11.2024
PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe "Milan"ın qapıçısı Mayk Menyana dəstək olub.
90deqiqe.az-ın məlumatına görə, 25 yaşlı forvard bununla bağlı instaqramda paylaşım edib:
"Sən tək deyilsən, Mayk Menyan.Biz hamımız sizinleyik.Həmişə eyni problemlər və heç bir həll yoxdur. Yetər artıq!!!!!!!!!!!!!!! İrqçiliyə yox."
Qeyd edək ki, dünən İtaliya çempionatının 21-ci turu çərçivəsində keçirilən “Udineze” – “Milan” matçı qonaqların fransalı qapıçısı Mayk Menyana ünvanlanan irqçi şüarlara görə birinci hissədə dayandırılmışdı. Daha sonra davam edilən görüşdə qonaqlar 3:2 hesablı qələbə qazanmışdı.
Menyan 2021-ci ildə "Lill"dən 25 milyon avro qarşılığında "Milan"a keçib.Onun hazırkı komandası ilə müqavilə 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.Menyan, bu mövsüm 25 matçda iştirak edib, 31 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlaya bilib.