27 iyul 2024. Şənbə

“Panatinaikos”dan növbəti qələbə

Yunanıstan Superliqasında 19-cu turun oyunları keçirilib.


  • Offside
  • 23:59 21.01.2024
  • Oxunma sayı: 101
 “Panatinaikos”dan növbəti qələbə

Yunanıstan Superliqasında 19-cu turun oyunları keçirilib.

90deqiqe.az xəbər verir ki, Türkiyəli mütəxəssis Fatih Terim yeni komandası “Panatinaikos” evdə 6-cı pillədə qərarlaşan “Asteras”ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda 44 xalla "Panatinaikos" top fərqi ilə ikinci pillədə qərarlaşıb. "Asteras" isə 26 xalla 6-cı pillədə qalıb.

“Panatinaikos” növbəti turda səfərdə lider PAOK-la qarşılaşacaq. Yanvarın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.







Offside