27 iyul 2024. Şənbə

"Təəssüf ki, bu çempionat səfəri uzun sürmədi"

2021-ci il ABŞ Açıq çempionu britaniyalı tennisçi Emma Raducanu 2024-cü il Avstraliya Açıq çempionatında çıxışını başa vurduqdan sonra azarkeşlərə müraciət edib.


  • Offside
  • 10:37 23.01.2024
  • Oxunma sayı: 71
"Təəssüf ki, bu çempionat səfəri uzun sürmədi"

2021-ci il ABŞ Açıq çempionu britaniyalı tennisçi Emma Raducanu 2024-cü il Avstraliya Açıq çempionatında çıxışını başa vurduqdan sonra azarkeşlərə müraciət edib.

90deqiqe.az xəbər verir ki, 21 yaşlı tennisçi dəstək üçün onu izləyənlərə təşəkkür edib.

“Yenidən Avstraliyada çıxış etdiyim üçün şadam. Hamınızı görməkdən çox məmnun oldum. Mən dəstəyə görə minnətdaram. Təəssüf ki, Avstraliya Açıq çempionatına səfər uzun sürmədi, amma mən daha da inkişaf edəcəyəm”, - Raducanu sosial şəbəkələrdəki səhifəsində yazıb.

Emma uzun fasilədən sonra yanvarın əvvəlində tura qayıdaraq Avstraliya Açıq çempionatında ikinci turunda Yafana uduzub.

Raducanunun çıxış edəcəyi növbəti turnir fevralın 5-dən 11-dək Abu Dabidə (BƏƏ) keçiriləcək WTA-500 kateqoriyalı yarışdır. Əbu-Dabi turnirinin hazırkı qalibi isveçrəli tennisçi Belinda Bençiçdir.







Offside