27 iyul 2024. Şənbə

Oh Kvang Çeolun rəhbərliyi ilə taekvondoçularımızın seminarı başlayıb


  • Offside
  • 11:10 23.01.2024
  • Oxunma sayı: 107
Oh Kvang Çeolun rəhbərliyi ilə taekvondoçularımızın seminarı başlayıb

Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı öz işinə başlayıb.

90deqiqe.az xəbər verir ki, ATF-in texniki direktoru Oh Kvang Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı Dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.

Seminardan öncə ATF-in vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüb. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıb.

Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.







Offside