8 sentyabr 2024. Bazar günü

Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə seminar və imtahan təşkil edib

Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan təşkil edib.


  • Offside
  • 11:06 23.01.2024
  • Oxunma sayı: 75
Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə seminar və imtahan təşkil edib

Azərbaycan Cüdo Federasiyası Dan dərəcələri üzrə ilk dəfə seminar və imtahan təşkil edib.

90deqiqe.az xəbər verir ki,  tədbir yanvarın 24-də başa çatacaq.

Seminar Türkiyə Cüdo Federasiyasının Təhsil Direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz tərəfindən aparılır.

Məqsəd Dan sisteminə uyğun olaraq məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etməkdir.

Seminar və imtahanı uğurla başa vuran iştirakçılara müvafiq Dan dərəcəsi üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat veriləcək.

Qeyd edək ki, imtahana 50 cüdo məşqçisi qatılıb.







Offside

ÇL: "Birbaşa Bakı" 1/4 finalda
  • Offside
  • 16:45 07.09.2024
ÇL: "Birbaşa Bakı" 1/4 finalda