- Offside
- 13:50 26.07.2024
Rusiyalı yüngül çəkidə UFC çempionu İslam Maxaçov sosial şəbəkələrdə amerikalı veteran Frenki Edqarla bağlı paylaşım edib.
90deqiqe.az xəbər verir ki, o, Edqardın sevdiyi döyüşçülərdən biri olduğunu bildirib.
“Sevdiyim döyüşçülərdən biri. Əfsanə” - deyə, İslam paylaşımında qeyd edib.
Edqarın hazırda 42 yaşı var. Peşəkar karyerasını 2022-ci ilin noyabrında başa vurdu. 2010-cu ildə yüngül çəkidə UFC çempionu oldu, bundan sonra üç uğurlu titul müdafiəsi etdi. Ümumilikdə onun 36 MMA döyüşü var, bu döyüşlərdə 24 qələbə qazanıb və 11 məğlubiyyət alıb. Onun iştirakı ilə daha bir görüş heç-heçə başa çatıb. Əvvəllər Edqarın 2024-cü ildə UFC Şöhrət Zalına daxil ediləcəyi bildirilirdi.