27 iyul 2024. Şənbə

Kriştiano Ronaldo daha bir oyunu buraxacaq

 "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo zədə səbəbindən Çinin "Şanxay Şenxua" klubu ilə yoldaşlıq oyununda iştirak etməyəcək.


  • Offside
  • 19:53 23.01.2024
  • Oxunma sayı: 108
Kriştiano Ronaldo daha bir oyunu buraxacaq

 "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo zədə səbəbindən Çinin "Şanxay Şenxua" klubu ilə yoldaşlıq oyununda iştirak etməyəcək.

90deqiqe.az xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanı klubu məlumat yayıb. 

“Əl Nəsr"in qış turunun Kriştiano Ronaldonun səhhətindəki problemlərə görə təxirə salınacağını bildirməkdən məyusuq. O, zədə səbəbindən oynaya bilmir. Azarkeşlərə biletlərin pulu tam olaraq geri qaytarılacaq, həmçinin uçuş və otel xərcləri ödəniləcək”, - deyə klubun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, yanvarın 24-də komandalar yoldaşlıq oyunu keçirməli idi. Eyni zamanda Ronaldo Çin hava limanına gəlişi ilə böyük səs-küyə səbəb olub. Bundan əlavə, "Əl-Nasr"ın qış təlim-məşq toplanışında "Zhejiang Greentown" (28 yanvar), "İnter Mayami" (1 fevral) və "Əl-Hilal" (8 fevral) klublarına qarşı da oynaması nəzərdə tutulmuşdu.







Offside