27 iyul 2024. Şənbə

Kriştiano Ronaldo zədəsindən danışdı

 “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo zədəsinə görə Çinin “Şanxay Şenxua” klubu ilə yoldaşlıq oyununun ləğv edilməsinə münasibət bildirib.


  • Offside
  • 20:06 23.01.2024
  • Oxunma sayı: 122
Kriştiano Ronaldo zədəsindən danışdı

 “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo zədəsinə görə Çinin “Şanxay Şenxua” klubu ilə yoldaşlıq oyununun ləğv edilməsinə münasibət bildirib.

90deqiqe.az xəbər verir ki, 38 yaşlı superulduz görüşün ləğv edilməsinə görə məyus olduğunu bildirib.

“Bildiyiniz kimi, futbolda elə şeylər var ki, onları idarə edə bilmirsən. 22 ildir futbol oynayıram və çox zədə almamış futbolçuyam. Buna görə də mən çox kədərlənirəm, çünki "Əl-Nəsr"lə Çinə turdan həzz almaq üçün gəlmişik.Mən 2003/2004-cü ildən Çinə gəlirəm, ona görə də burada özümü evimdəki kimi hiss edirəm. Burada özümü həmişə xüsusi hiss edirdim. Mən məyusam. Bilirəm ki, siz də kədərlənirsiniz, xüsusən də Kriştianonu sevənlər, amma yaxşı tərəfdən baxmalıyıq. Təəssüf ki, bəzi problemlərim var, amma bu, futbolun və həyatımın bir hissəsidir. Mən buradayam, azarkeşlərin yanındayam, çinlilərin yanındayam və biz burada oynamağa davam edəcəyik.Bunun baş verə biləcəyini bildiyimiz üçün üzr istəyirik. Çin xalqını sevindirmək üçün geri dönəcəyik, məqsədim budur.”

Xatırladaq ki, yanvarın 24-də komandalar yoldaşlıq oyunu keçirməli idi. Eyni zamanda Ronaldo Çin hava limanına gəlişi ilə böyük səs-küyə səbəb olub. Bundan əlavə, "Əl-Nasr"ın qış təlim-məşq toplanışı zamanı "Zhejiang Greentown" (28 yanvar), "İnter Mayami" (1 fevral) və "Əl-Hilal" (8 fevral) klubları ilə də oynaması planlaşdırılırdı.

Kriştiano Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Superulduzun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilə qədərdir. Hücumçu 2023-cü ilin sonunda 54 qol vuraraq bombardir olub. Bu mövsüm Ronaldo bütün turnirlərdə 25 matçda iştirak edib, 24 qol vurub, 11 məhsuldar ötürmə edib.







Offside