25 noyabr 2024. Bazar ertəsi

Azərbaycan millisinin baş məşqçisi Macarıstanda keçirilən seminarı müsbət qiymətləndirib

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Macarıstanda beynəlxalq hakimlər və məşqçilər üçün keçirilən seminarı müsbət qiymətləndirib.


  • Offside
  • 20:17 24.01.2024
  • Oxunma sayı: 91
Azərbaycan millisinin baş məşqçisi Macarıstanda keçirilən seminarı müsbət qiymətləndirib

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman Macarıstanda beynəlxalq hakimlər və məşqçilər üçün keçirilən seminarı müsbət qiymətləndirib.

90deqiqe.az xəbər verir ki, mütəxəssis Beynəlxalq Cüdo Federasiyasının və Avropa Cüdo Birliyinin təşkil etdiyi seminarda bütün qitələrdən 200-dən çox məşqçi və hakimin iştirak etdiyini bildirib.

O, tədbirdə mehriban atmosferin olduğunu vurğulayıb. Baş məşqçinin sözlərinə görə, seminarın əsas məqsədi qaydaları və onların şərhlərini hamının eyni şəkildə başa düşməsini təmin etmək olub. Trautman əlavə edib ki, son statistikaya görə, görüşlərin təxminən 20 faizi cərimə xalları və diskvalifikasiyalar səbəbindən bitir. Bu məlumat Paris-2024 Yay Olimpiya Oyunlarından sonrakı dövr üçün qaydaların təkmilləşdirilməsinə töhfə verəcək.

Qeyd edək ki, iki gün davam edən seminarda Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, olimpiya mükafatçısı Rüstəm Orucov, hakimlər Nazim Umbayev, Fariz Hüseynov və Akif Tahirov iştirak ediblər.







Offside