27 iyul 2024. Şənbə

Eden Hazard 11 il əvvəl təpiklədiyi uşaqla FOTOlarını paylaşdı - FOTOLAR

"Çelsi" və "Real"ın keçmiş vingeri Eden Hazard sosial şəbəkə hesabında "Suonsi"sin keçmiş futbolçusu Çarli Morqanla birlikdə fotosunu paylaşıb.


  • Offside
  • 22:09 24.01.2024
  • Oxunma sayı: 110
Eden Hazard 11 il əvvəl təpiklədiyi uşaqla FOTOlarını paylaşdı - FOTOLAR

"Çelsi" və "Real"ın keçmiş vingeri Eden Hazard sosial şəbəkə hesabında "Suonsi"sin keçmiş futbolçusu Çarli Morqanla birlikdə fotosunu paylaşıb.

90deqiqe.az xəbər verir ki, belçikalı oyunçu paylaşımında bunları qeyd edib.

“Karyeramı bitirməyimin faydası köhnə dostlarla görüşmək imkanıdır. Sən çox yol qət etmisən, dostum”.

Xatırladaq ki, 2013-cü ildə Hazard İngiltərə Liqa Kubokunda "Çelsi" - "Suonsi" matçında Morqana təpik vurmuşdu. Sonra 17 yaşlı topçu künc zərbəsi təyin edildikdən sonra topu futbolçuya verməyə tələsməyib. Hazard etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulub.

Hazırda Çarli Morgan lüks spirtli içkilər brendinin ortaq sahibidir. İki il əvvəl o, "Sunday Times"in Britaniyanın ən varlı adamları siyahısına daxil edilib. Onun biznesdəki payı təxminən 50 milyon avrodur







Offside