25 noyabr 2024. Bazar ertəsi

UEFA-da istefa - əfsanədən vida


  • Offside
  • 14:25 25.01.2024
  • Oxunma sayı: 108
UEFA-da istefa - əfsanədən vida

Xorvatiya futbolunun əfsanəsi Zvonimir Boban UEFA-nın futbol şöbəsinin rəhbəri vəzifəsindən istefa verib.

90deqiqe.az xəbər verir ki, bunu funksionerin özü açıqlayıb.

O, UEFA prezidenti Aleksander Çeferinin qurumun əsasnaməsinə dəyişiklik etmək istəyi ilə razı olmadığı üçün belə addım atıb: “Başqa çıxış yolum olmadığı üçün UEFA-dan ayrılmağa qərar verdim”.

UEFA-nın mətbuat xidməti isə Bobanın qarşılıqlı razılaşma ilə vəzifəsindən ayrıldığını açıqlayıb. Çeferinin əsasnamədə gerçəkləşdirmək istədiyi dəyişiklik ona 2027-ci ildə də prezident postuna namizədliyini irəli sürmək və 2031-ci ilədək vəzifəsində qalmağa xidmət edir.

Qeyd edək ki, hazırkı əsasnamə ilə eyni şəxs 3 dəfə dörd il müddətinə UEFA prezidenti seçilə bilər. 2016-cı ildə Mişel Platininin gedişindən sonra quruma rəhbərlik edən sloveniyalı 2019-cu və 2023-cü illərdə də bu vəzifəyə seçilməyə müvəffəq olub. Onun prezidentliyi müddəti 2027-ci ildə başa çatacaq.







Offside