1 noyabr 2024. Cümə

"Oğlum üçün əlimdən gələni etməliyəm" - Lavezzi

Argentina millisinin və PSJ-nin keçmiş hücumçusu Ezequiel Lavezzi spirtli içki problemi səbəbindən Buenos-Ayres psixiatrik xəstəxanasına yerləşdirildikdən sonra vəziyyəti barədə açıqlama verib.


  • Offside
  • 23:42 25.01.2024
  • Oxunma sayı: 151
"Oğlum üçün əlimdən gələni etməliyəm" - Lavezzi

Argentina millisinin və PSJ-nin keçmiş hücumçusu Ezequiel Lavezzi spirtli içki problemi səbəbindən Buenos-Ayres psixiatrik xəstəxanasına yerləşdirildikdən sonra vəziyyəti barədə açıqlama verib.

90deqiqe.az xəbər verir ki, o, əvvəllər bunun öhdəsindən gələ bilməsə də bu dəfə oğlu üçün çox çalışdığını bildirib.

“Əvvəllər Buenos Ayresdəki başqa bir klinikada özümü təmizləməyə çalışdım, amma bacarmadım. seçimim yox idi. Çox çətin idi, amma bunu etməli idim. Həyatımı və vərdişlərimi dəyişməliyəm.Oğlum üçün əlimdən gələni etməliyəm."

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Lavessinin qardaşı ilə münaqişə zəminində aldığı bıçaq yarası ilə xəstəxanaya aparıldığı barədə məlumatlar yayılmışdı. Daha sonra məlumat ortaya çıxdı ki, qardaş qadağan olunmuş maddələrdən, eləcə də spirtli içkilərdən istifadə etdiyi üçün qeyri-adekvat vəziyyətdə olan argentinalını sakitləşdirməyə çalışıb.

Əlavə edək ki, 38 yaşlı futbolçu karyerası ərzində “CA Estudiantes”, “Cenoa”, “San Lorenzo”, “Napoli”, “PSJ” və “Hebei FC” klublarında oynayıb və aktiv futbolçu karyerasını 2020-ci ilin yanvarında başa vurub.







Offside

"MLS çox rəqabətli liqadır"
  • Offside
  • 11:14 01.11.2024
"MLS çox rəqabətli liqadır"