27 iyul 2024. Şənbə

"Sumqayıt" "Sərhədçi"yə qarşı


  • Offside
  • 10:11 26.01.2024
  • Oxunma sayı: 84
"Sumqayıt" "Sərhədçi"yə qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında XII turun növbəti matçı keçiriləcək. 

90deqiqe.az xəbər verir ki, matç Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunacaq. 

Şəhərin eyniadlı komandası “Sərhədçi” ilə münasibətlərə aydınlıq gətirəcək. Meydan sahibləri 2 oyunluq uğursuz seriyasına son qoymaq, qonaqlar isə növbəti qələbəsini arzusundadırlar. 

Qeyd edək ki, turun ilk oyun günündə “Xəzri” “Cəlilabad”a 100:81, “Xırdalan” “Sabah”a 107:103 hesabı ilə qalib gəlib. 12-ci turun digər matçları 27 və 28 yanvar tarixlərində baş tutacaq. 

 “Gəncə” NTD-İNDİQO-nu yanvarın 27-də sınağa çəkəcək.

Yanvarın 28-də isə “Şəki” və“Neftçi” arasındakı görüşlə tura yekun vurulacaq







Offside