- Offside
- 23:52 18.02.2025
Melburnda keçirilən “Australian Open 2024” çempionatının yarımfinal görüşündə İtaliya idmançısı Jannik Sinner (ATP reytinqində dördüncü) dünyanın birinci raketkası, serb tennisçi Novak Cokoviçə qalib gəlib.
90deqiqe.az xəbər verir ki, görüş 6:1, 6:2, 6:7 (6:8), 6:3 hesabı ilə italyalının xeyrinə başa çatıb.Matçın müddəti 3 saat 26 dəqiqə olub.
“Australian Open 2024”ün finalında Jannik Sinner Daniil Medvedev (Rusiya) və Aleksandr Zverev (Almaniya) arasındakı qarşıdurmanın qalibi ilə oynayacaq. Yanvarın 28-də kişilər arasında AO-2024 turnirinin finalı keçiriləcək.