27 iyul 2024. Şənbə

Cokoviç azarkeşləri ilə vidalaşdı

Xəbər verdiyimiz kimi, dünyanın birinci raketkası, serb tennisçi Novak Cokoviç İtaliya təmsilçisi Yannik Sinnerə (dünyanın dördüncü raketkəsi)  “Australian Open 2024” turnirinin 1/2 final oyununda uduzaraq mübarizəni dayandırmışdı.


  • Offside
  • 12:46 26.01.2024
  • Oxunma sayı: 81
Cokoviç  azarkeşləri ilə vidalaşdı

Xəbər verdiyimiz kimi, dünyanın birinci raketkası, serb tennisçi Novak Cokoviç İtaliya təmsilçisi Yannik Sinnerə (dünyanın dördüncü raketkəsi)  “Australian Open 2024” turnirinin 1/2 final oyununda uduzaraq mübarizəni dayandırmışdı.

90deqiqe.az xəbər verir ki, bu sensasion məğlubiyyətdən sonra serbiyalı raketka ustası onu dəstəkləyən azarkeşlər ilə vidalaşıb.

Qeyd edək ki, görüş 6:1, 6:2, 6:7 (6:8), 6:3 hesabı ilə italyalının xeyrinə başa çatmışdı.

Xatırladaq ki, Novak Cokoviç 10 dəfə Avstraliya Açıq çempionatının qalibi olub (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021, 2023).

2024-cü il Avstraliya Açıq çempionatının finalında Jannik Sinner Daniil Medvedev (Rusiya) və Aleksandr Zverev (Almaniya) arasındakı qarşıdurmanın qalibi ilə qarşılaşacaq. Kişilər arasında AO-2024 turnirinin finalı bazar günü, yanvarın 28-də keçiriləcək.







Offside