27 iyul 2024. Şənbə

Atletika üzrə qış ölkə çempionatına start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə qış çempionatının açılış mərasimi keçirilib.


  • Offside
  • 15:51 26.01.2024
  • Oxunma sayı: 125
Atletika üzrə qış ölkə çempionatına start verilib

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə qış çempionatının açılış mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, Respublika Olimpiya Mərkəzində gerçəkləşən tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirakçıları salamlayıb.

O, Azərbaycan çempionatında atletlərin göstərdikləri nəticələrin onların gələcəkdə nüfuzlu beynəlxalq yarışlarda iştirakına imkan yaradacağını deyib. Qurbanov, 40-cı dəfə təşkil olunan yarışın Qlazqo şəhərində keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Daha sonra atletika üzrə 40-cı qış ölkə çempionatı açıq elan olunub.

Yarışda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparır.

Turnirin proqramına 3 təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 metr, 200 metr, 400 metr, 800 metr, 1500 metr, 3000 metr məsafəyə qaçış, eləcə də 4x200 metr məsafəyə qarışıq estafet qaçışı daxildir.

Ölkə çempionatı “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, Azərbaycan çempionatına yanvarın 27-də yekun vurulacaq.







Offside