- Offside
- 23:39 17.12.2025
Xəbər verdiyimiz kimi, İspaniya Kral Futbol Federasiyasının (RFEF) keçmiş rəhbəri Luis Rubialesin futbolçu Cennifer Hermoso ilə öpüşdüyünə görə futbol funksionerinin cəzalandırılması ilə bağlı intizam komissiyasının qəbul etdiyi qərara qarşı apelyasiyaya vermişdi.
90deqiqe.az “Marca”ya istinadən xəbər verir ki, Beynəlxalq Futbol Federasiyası bu şikayəti rədd edərək, ispaniyalı funksionerin 3 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmasını qüvvədə saxlayıb.
Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023 FİFA Dünya Çempionatının qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi zamanı Rubiales Hermosonun dodaqlarından öpüb. Bu hadisədən sonra futbol funksioneri ictimai qınağa məruz qalıb.
Üstəlik, o, RFEF prezidenti vəzifəsindən istefa vermək məcburiyyətində qaldı, Beynəlxalq Futbol Federasiyası isə Rubialesin üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.