23 avqust 2026. Bazar günü

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb


  • Offside
  • 21:52 26.01.2024
  • Oxunma sayı: 233
Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.

90deqiqe.az xəbər verir ki, idmançımız bu uğuru Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında əldə edib.

Belə ki, S.Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və ikinci yerə sahib olub. O, bununla yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünya çempionatı fevralın 26-dan martın 3-dək keçiriləcək.







Offside