- Offside
- 23:59 16.12.2025
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
90deqiqe.az xəbər verir ki, Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq) və Səid Mollayi (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.
73 kq
Rəşid Məmmədəliyev - Heonçeoi Kanq (Cənubi Koreya)
Nurlan Osmanov - Reda Seddouki (Fransa)
81 kq
Səid Mollayi - Adrian Qandya (Puerto-Riko) / Laçlan Morhead (Böyük Britaniya) cütünün qalibi
Qeyd edək ki, ötən gün Turan Bayramov (60 kq) və Kamran Süleymanov (66 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Digər 6 idmançı isə mükafat qazana bilməyib. Azərbaycan millisi Qran-pridə 16 cüdoçu ilə təmsil olunur.