- Offside
- 23:59 16.12.2025
Belaruslu tennisçi Arina Sabalenka Avstraliya Açıq çempionatının qalibi olub.
90deqiqe.az xəbər verir ki, 25 yaşlı raketka ustası finalda Sabalenka çinli Zhenq Qingvenə 6:3, 6:2 hesabı ilə qalib gəlib.
Sabalenka bütün turnir boyu bir set daxil məğlub olmayıb.
Opta-nın məlumatına görə, o, 21-ci əsrdə set atmadan Avstraliya Açıq çempionatında qalib gələn beşinci tennisçi olub. Əvvəllər buna 2000-ci ildə Lindsi Davenport, 2008-ci ildə Mariya Şarapova, 2017-ci ildə Serena Uilyams və 2022-ci ildə Eşli Barti nail olub.
Bu çempionlardan yalnız Barti turnir ərzində Sabalenkadan (31) daha az oyun (30) uduzub..