27 iyul 2024. Şənbə

Şevçenko UEFA prezidentini ölkəsinə dəvət edir

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko Rusiyanın gənclərdən ibarət komandalarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin mümkün yumşaldılması barədə qəti şəkildə danışıb.


  • Offside
  • 15:55 27.01.2024
  • Oxunma sayı: 75
Şevçenko UEFA prezidentini ölkəsinə dəvət edir

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko Rusiyanın gənclərdən ibarət komandalarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətlərin mümkün yumşaldılması barədə qəti şəkildə danışıb.

90deqiqe.az  “Sky Sports”a istinadən xəbər verir ki, o, UEFA prezidenti Aleksander Çeferinini Ukrayana dəvət etmək istədiyini bildirib.

“Mən UEFA İcraiyyə Komitəsini və təşkilatın prezidenti Aleksander Çeferini Ukraynaya dəvət etmək istərdim ki, o, Rusiya komandalarının qəbulu ilə bağlı qərar qəbul etməzdən əvvəl baş verənləri görsün və bizimlə problemlərimiz barədə danışsın.Mən Ukraynanın hazırkı vəziyyətini göstərmək istəyirəm. Rusiya komandalarına qayıtmaq imkanı vermək üçün heç bir səbəb görmürəm. Rusiyaya təzyiqi artırmaq lazımdır”

Qeyd edək ki, Şevçenko ötən gün 93 səslə UAF-ın yeni prezidenti seçilib.Ukrayna Futbol Assosiasiyasının əvvəlki prezidenti hazırda istintaq təcridxanasında olan Andrey Pavelko olub.







Offside