- Offside
- 13:25 24.11.2024
"Ruhdan düşməməliyik"
90deqiqe.az-ın məlumatına görə, bunu “Gəncə” komandasının baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının XII turunda “NTD-İndiqo”yə 80:94 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Klubun mətbuat xidmətinə fikirlərini bölüşən mütəxəssis sona qədər mübarizə aparmaqları lazım olduğunu bildirib: "İkinci dövrənin startında ardıcıl üç güclü rəqib ilə oynadıq. Təəssüf ki, bu oyunlarda uğur qazana bilmədik. Bu gün oynadığımız yaxşı mübarizənin qarşılığını almaq istəyirdik. Amma alınmadı. Evdə yaxşı oynamağımıza baxmayaraq uduzduq. Hücum ribaundları amili yenə əleyhimizə işlədi. Rəqibə 24 belə şans verdik. Bu, böyük bir rəqəmdir. Belə olanda sənin qalib gəlməyin çətinləşir. Rəqib yerli oyunçularından böyük dəstək aldı. Ümid edirəm ki, çalışaraq yaxşı olacağıq. Ruhdan düşməməliyik. Sona qədər mübarizə aparmalıyıq. Başqa yolumuz yoxdur".