- Offside
- 13:25 24.11.2024
"Əl-İttihad"ın hücumçusu Kərim Benzema rəqabət mühitində inkişaf etmək istədiyi üçün yay “transfer pəncərəsi” üçün klubun qarşısına qoyduğu tələblər məlum olub.
90deqiqe.az xəbər verir ki, bu barədə L'Équipe nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransız oyunçu komanda yoldaşı N'Qolo Kante istisna olmaqla, özünü tək hiss etdiyi və bu səbəbdən də "Əl-Hilal"da olduğu kimi bütün mövqelərdə gücləndirmə tələb edib. Eyni zamanda, 36 yaşlı forvard hesab edir ki, “Əl-İttihad” rəhbərliyi mütəxəssis Nuno Espirito Santanı əvəz etməmişdən əvvəl komandanın yeni baş məşqçisi Marselo Qalardo ilə bağlı onun da fikirini öyrənə bilərdi.
Xatırladaq ki, daha əvvəl mətbuatda Benzemanın "Əl-İttihad"da qalmasından narazı qaldığı və klub rəhbərliyindən onu müvəqqəti buraxmağı xahiş etdiyi barədə məlumatlar yayılmışdı. Lakin bundan sonra futbolçu özü belə məlumatların etibarsız olduğunu bildirib.
Əlavə edək ki, Benzema ötən yay azad agent kimi “Əl-İttihad”a keçmişdi. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.