- Offside
- 20:56 18.01.2025
Fransada səfərdə olan Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov, Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa və Avropa Karate Federasiyasının baş katibi Davor Çipeklə görüşüblər.
Federasiyadan 90deqiqe.az-a verilən məlumata görə, rəsmi, işgüzar şəraitdə keçən görüşdə AKF-in fəaliyyəti və gələcək planları ilə bağlı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.