- Offside
- 13:25 24.11.2024
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Fullkontaky Kyokuşin Karate Federasiyasının qış seminarı keçirilib.
90deqiqe.az xəbər verir ki, tədbirdə 600-dən çox uşaq, yeniyetmə və gənc idmançı iştirak edib. Seminara 60-dan çox məşqçi-müəllim də cəlb olunub. Seminarda Bakı ilə yanaşı Gəncə, Lənkəran, Yevlax və digər bölgələrdən idmançılar da iştirak ediblər.
AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi ilə keçirilən seminarda iştirakçılara kyokuşin şinkyokuşin, şorinciryu kenkokan və aşihara növləri üzrə hərəkətlər nümayiş etdirilib. Sonda seminar iştirakçılarına sertifikatlar təqdim edilib.