- Offside
- 13:25 24.11.2024
Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelaş şəhərində keçirilən Qran-pridə uğurlu çıxış edib.
90deqiqe.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı üçüncü yer uğrunda israilli Quy Qurevitçə qalib gələrək bürünc medala sahib olub.
Eyni çəkidəki Vüqar Talıbov və Uşangi Kokauri (+100 kq) mükafatı əldən veriblər.
Qeyd edək ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal əldə ediblər. Azərbaycan turnirdə 16 idmançı ilə təmsil olunub.