27 iyul 2024. Şənbə

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in hesabat-seçki konfransına qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.


  • Offside
  • 10:42 29.01.2024
  • Oxunma sayı: 83
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmiləri LEN-in hesabat-seçki konfransına qatılıblar

Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) vitse-prezidenti Mark Koqanov və baş katibi Fəxri Həsənov Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Üzgüçülük Federasiyasının (LEN) hesabat-seçki konfransında iştirak edirlər.

Federasiyanın mətbuat xidmətindən 90deqiqe.az-a verilən məlumata görə, tədbirdə LEN-in gələcəkdə görüləcək işlərinin müzakirəsi nəzərdə tutulub.

Eyni zamanda, digər yeniliklər və keçirilməsi planlaşdırılan yarışların təşkili məsələləri də söhbət mövzusu olacaq.







Offside