27 iyul 2024. Şənbə

“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib - FOTOLAR


  • Offside
  • 10:22 30.01.2024
  • Oxunma sayı: 106
“Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib - FOTOLAR

Yanvarın 29-da “2024 - Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

90deqiqe.az xəbər verir ki, açılış mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək konfransın işinə uğurlar arzulayıb və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini və COP29 kimi mötəbər bir tədbirin bu il Azərbaycanda keçiriləcəyini bildirib. Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev və digər rəsmi şəxslər çıxış ediblər.

Açılışdan sonra konfrans öz işinə başlayıb. Dörd gün davam edəcək tədbirdə dünyada və Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması, beynəlxalq layihələr və proqramlar vasitəsilə milli potensialın gücləndirilməsi, gənclərin iştirakçılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi barədə müzakirələr aparılır. Tədbirdə BMT Baş katibinin İqlim Dəyişmələri üzrə Məşvərət Şurasının Məsləhətçisi Joyce Mondez və Jevanic Henry əsas çıxışçı qismində iştirak edirlər.







Offside