24 oktyabr 2024. Cümə axşamı

Azərbaycan Savat Millisi beynəlxaq turnirdə 5 medal qazandı

Macarıstanın Budapeşt şəhərində Savat idman növünün Assault və Precombat növü üzrə ilin ilk Beynəlxalq turniri keçirilib.


  • Offside
  • 12:39 30.01.2024
  • Oxunma sayı: 196
Azərbaycan Savat Millisi beynəlxaq turnirdə 5 medal qazandı

Macarıstanın Budapeşt şəhərində Savat idman növünün Assault və Precombat növü üzrə ilin ilk Beynəlxalq turniri keçirilib.

90deqiqe.az xəbər verir ki,  yanvarın 26-sı və 27-sində keçirilən yarışda Azərbaycan Savat Federasiyasının Milli yığma komandası millinin baş məşqçisi  Taleh Nağızadənin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub.

 Kişilərdən ibarət milli komandanın üzvlərindən böyüklərin yaş qrupunda Assault növü üzrə  Beyrək Bağırov 85 kq çəki dərəcəsində, gənclərin yaş qrupunda Məhəmməd Məmmədli 52 kq çəki dərəcəsində, yeniyetmələrin yaş qrupunda Yusif Süleymanov 52 kq çəki dərəcəsində, Precombat növü üzrə isə gənclərin yaş qrupunda Məhəmməd Süleymanov 80 kq çəki dərəcəsində, yeniyetmələrin yaş qrupunda Ümid Zeynalov 52 kq çəki dərəcəsində təmsiı edib.

Nəticədə Azərbaycan Savat Millisi beynəlxalq turnirdən ölkəmizə 5 medal qazandırıb.

   Beyrək Bağırov - Qızıl medal 
   Məhəmməd Məmmədli - Qızıl medal 
   Yusif Süleymanov - Bürünc medal
   Məhəmməd Süleymanov - Gümüş medal 
   Ümid Zeynalov - Qızıl medal







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb