- Offside
- 23:36 15.12.2025
UFC-nin ağır çəki dərəcəsində mübarizə aparan, məğlubiyyətsiz rusiyalı qarışıq döyüş ustası Ömər Nurməhəmmədov yeni döyüşü ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, 28 yaşlı idmançı bu ilin mart ayında döyüşəcəyini bildirib.
“Nəhayət, mən döyüşəcəm. Çox sağ olun, UFC”, - Nurməhəmmədov sosial şəbəkədəki səhifəsində yazıb.
Hələlik rusiyalının rəqibinin kim olacağı açıqlanmayıb.
Ümumilikdə, döyüşçünün qarışıq döyüş növləri üzrə 16 qələbəsi və heç bir məğlubiyyəti yoxdur. Ötən il avqustun 5-də Nurməhəmmədov amerikalı Kori Sandhaqenlə döyüşməli idi, lakin çiynindən aldığı zədə səbəbindən yarışdan imtina edib.