27 iyul 2024. Şənbə

Bakıda Paris Olimpiadasına lisenziya xarakterli atletika yarışı keçiriləcək

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.


  • Offside
  • 13:56 31.01.2024
  • Oxunma sayı: 68
Bakıda Paris Olimpiadasına lisenziya xarakterli atletika yarışı keçiriləcək

Bakıda Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə beynəlxalq qış yarışı keçiriləcək.

Atletika Federasiyasından (AAF) 90deqiqe.az-a verilən məlumata görə, turnirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa-Yakutiya Respublikasından idmançılar öz güclərini sınayacaqlar.

Gənclər və İdman Nazirliyi, AAF və “Atletika” klubunun birgə təşkilatçılığı ilə keçiriləcək turnir “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Proqrama U-18 yaş qrupu üzrə uzunluğa tullanma və 60 metr məsafəyə qaçış, böyüklər üzrə üç təkanla tullanma və digər növlər daxil edilib.

Respublika Olimpiya Mərkəzində startı veriləcək yarış fevralın 2-3-də baş tutacaq.







Offside