14 dekabr 2025. Bazar günü

“Azərreyl” yenidən liderliyi ələ keçirib


  • Offside
  • 22:40 31.01.2024
  • Oxunma sayı: 215
“Azərreyl” yenidən liderliyi ələ keçirib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI tura yekun vurulub.

90deqiqe.az xəbər verir ki, günün yeganə qarşılaşmasında UNEC “Azərreyl”i qəbul edib.

Matç qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, xallarının sayını 27-yə çatdıran (9 qələbə) “Azərreyl” yenidən liderliyi ələ alıb.

“Murov Az Terminal” 26 xalla (9 qələbə) 2-ci, “Abşeron” 21 xalla (7 qələbə) 3-cü, “Gəncə” 15 xalla (5 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.







Offside