27 iyul 2024. Şənbə

Rusiyalı tennisçi 1/4 finalda

2021-ci il Fransa Açıq çempionatının finalçısı, qarışıq cütlüklər üzrə 2020-ci il Olimpiya çempionu, rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova Linzdə (Avstriya) keçirilən WTA-500 turnirinin 1/4 final mərhələsinə yüksəlib.


  • Offside
  • 09:54 01.02.2024
  • Oxunma sayı: 78
Rusiyalı tennisçi 1/4 finalda

2021-ci il Fransa Açıq çempionatının finalçısı, qarışıq cütlüklər üzrə 2020-ci il Olimpiya çempionu, rusiyalı tennisçi Anastasiya Pavlyuçenkova Linzdə (Avstriya) keçirilən WTA-500 turnirinin 1/4 final mərhələsinə yüksəlib.

90deqiqe.az xəbər verir ki, ikinci tur matçında Pavlyuçenkova dünyanın 53-cü raketkasi, Böyük Britaniya təmsilçisi Keti Boulterə 7:6 (7:2), 6:4 hesabı ilə qalib gəlib. Tennisçilərin görüşü 1 saat 39 dəqiqə davam edib.

Yarış sərt kortda qapalı şəraitdə keçirilib.

Linzdə yarımfinala yüksəlmək üçün Pavlyuçenkova Elise Mertens (Belçika, 4) və Lusiya Bronzetti (İtaliya) arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.







Offside