27 iyul 2024. Şənbə

FIDE reytinqi: Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.


  • Offside
  • 09:57 01.02.2024
  • Oxunma sayı: 80
FIDE reytinqi: Rəcəbov irəlilədi, Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

90deqiqe.az  FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2723) iki sıra geriləyərək 26-cı olub.

Teymur Rəcəbov iki mövqe irəliləyərək  (2723) 25-ci yerdə qərarlaşıb.

Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.







Offside