27 iyul 2024. Şənbə

“Əl-Nəsr” “İnter Mayami”ni darmadağın etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və  ABŞ-ın “İnter Mayami” komandaları arasında yoldaşlıq oyunu başa çatıb.


  • Offside
  • 00:02 02.02.2024
  • Oxunma sayı: 136
“Əl-Nəsr” “İnter Mayami”ni darmadağın etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və  ABŞ-ın “İnter Mayami” komandaları arasında yoldaşlıq oyunu başa çatıb.

90deqiqe.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kingdom Arenada baş tutan görüşdə "Əl Nəsr" "İnter Mayami"yə 6:0 hesabı ilə qalib gəlib. Ərəblərə qələbə qazandıran qolları Otavio, Taliska (3), A.Laporte və Məhəmməd Marran imza atıb.

Xatırladaq ki, daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu heyətini açıqlamışdı və komandanın ulduz hücumçusu Kriştiano Ronaldo yoldaşlıq görüşü üçün iştirak ərizəsində yox idi. Ronaldo əzələləri zədələndiyi üçün MLS klubuna qarşı meydana çıxmayacaq. “Əl-Nəsr”in 38 yaşlı futbolçunun sağlamlığını riskə atmağa hazır olmadığı bildirilib. Eyni zamanda, "İnter Mayami"nin hücumçusu Lionel Messi matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.







Offside