- Offside
- 13:25 24.11.2024
“Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdmanı Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə məşqlərə start verilib.
90deqiqe.az xəbər verir ki, Milli Gimnastika Arenasında fevralın 3-dək davam edəcək hazırlıqda əsas məqsəd gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.
Bədii gimnastika üzrə yığmanın məşqçisi Nəzrin Cəfərzadə bildirib ki, təlim-məşq toplanışında 4 klubdan 2009-2016-ci il təvəllüdlü 70 gimnast iştirak edir: “Məşqlərdə gimnastlar ümumi və xüsusi fiziki hazırlıq və alətin texniki hazırlığı istiqaməti üzərində işləyirlər. Bununla yanaşı, idmançılar burada xoreoqrafiya dərsləri də keçirlər”.
Xoreqraf Məlik Həsənov isə bildirib ki, 7 gün davam edəcək məşqlərin məqsədi müxtəlif klublarda çıxış edən gimnastların millidəki hazırlıq səviyyəsini mənimsəməsidir: “Hazırda gimnastların əl və ayaq hərəkətlərinin gücləndirilməsi üçün müxtəlif dərslər keçirik. Onlarla əsasən elementlərin üzərində işləyirik”.