- Offside
- 13:25 24.11.2024
Çilili ulduz Arturo Vidal 17 ildən sonra böyüdüyü "Kolo-Kolo"ya qayıdıb.
90deqiqe.az xəbər verir ki, yetirməsi olduğu "Kolo-Kolo"ya qayıdan ulduz futbolçunun təqdimat mərasimi keçirilib.
Arturo Vidal Çilinin paytaxtı Santyaqodakı Monumental stadionunda baş tutan mərasimə helikopterlə gəlib və əlində qılıncla ata minərək azarkeşləri salamlayıb.
36 yaşlı futbolçu əlində qılıncla ata minərək onu gözləyən azarkeşləri salamlayıb.
Almaniyanın “Bayer” və “Bavariya”, İtaliyanın “Yuventus” və “İnter”, İspaniyanın “Barselona” klublarında çıxış edən Vidal bu klublarla 9 liqa çempionluğu yaşayıb.
Təcrübəli futbolçu 2015 və 2016-cı illərdə Çili Milli Komandası ilə Amerika Kuboku çempionluğunu da qazanıb.
Sonuncu dəfə "Atletiko Paranaense"də çıxış edən Vidal ötən ay Kolo-Kolo ilə müqavilə imzalayıb.