- Offside
- 13:25 24.11.2024
"Barselona"nın prezidenti Joan Laporta qarşıdakı mövsümlərdə Avropa Superliqasının mümkün başlaması ilə bağlı açıqlama verib.
90deqiqe.az xəbər verir ki, funksioner, 2025/2026 mövsümündə adıçəkilən liqaya start verəcəklərini bildirib.
“Super Liqa başlayır? 2024/2025 mövsümündə baş verməsə də 2025/2026 mövsümündə bu liqanın başlayacağına əminəm. İngilislərin turnirdə olmaması məni maraqlandırmır. Superliqa klublara sadəcə turnirdə iştirak üçün 100 milyon təklif edir. Çempionlar Liqasını qazansalar belə, o qədər pul qazana bilməyəcəklər.
"Barselona", "Real Madrid", "İnter", "Milan", "Napoli", "Roma", "Marsel", üç Hollandiya komandası, "Brugge" və "Anderlext". Bu, artıq 12 komandadır”, - Laporta sözlərini Mundo Deportivo sitat gətirir.
Bundan əvvəl Avropa Superliqası layihəsinin - istənilən Avropa çempionatının klublarının iştirak edə biləcəyi yarışın yenidən yaradılacağı açıqlanmışdı. Dekabrda Avropa İttifaqının Ədalət Məhkəməsi FİFA və UEFA-nın yarışda monopoliyaya malik olmadığı barədə qərar çıxarıb.