25 noyabr 2024. Bazar ertəsi

“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq

Azərbaycan cüdo millisinin 4 üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizə aparacaq.


  • Offside
  • 10:52 03.02.2024
  • Oxunma sayı: 101
“Böyük Dəbilqə”: Azərbaycanın 4 cüdoçusu bu gün mübarizə aparacaq

Azərbaycan cüdo millisinin 4 üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində bu gün mübarizə aparacaq.

90deqiqe.az xəbər verir ki, idmançılarımız iki çəkidə çıxış edəcəklər.

Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev və Səid Mollayi (hər ikisi 81 kq) mükafatçılar sırasına düşməyə çalışacaqlar.

73 kq
1/32 final: Rəşid Məmmədəliyev – Kyartan Xreydarsson (İslandiya)
1/16 final: İbrahim Əliyev – İqor Vandtke (Almaniya)

81 kq
1/32 final: Zelim Tçkayev – Husni Taubani (Komor adaları)
1/32 final: Səid Mollayi – Alain Aprahamyan (Uruqvay)

Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medal qazana bilməyiblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.







Offside