27 iyul 2024. Şənbə

“Cəlilabad” pley-off şanslarını davam etdirib

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) XIII turunun növbəti oyunu keçirilib.


  • Offside
  • 16:23 03.02.2024
  • Oxunma sayı: 103
 “Cəlilabad” pley-off şanslarını davam etdirib

Cəlilabad Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) XIII turunun növbəti oyunu keçirilib.

90deqiqe.az xəbər verir ki,  “Cəlilabad” doğma azarkeşləri önündə “Şəki” ilə qarşılaşıb.

Sonuncu periodda 15 xallıq fərqi aradan qaldıran meydan sahibləri gərgin görüşün yekununda 90:86 hesablı qələbə qazanaraq, pley-off şanslarını davam etdiriblər.

Ən məhsuldar basketbolçular “Cəlilabad”da Zaur Paşayev (26 xal, 3 assist), “Şəki”də isə Pol Dibal (25 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, XIII turun son oyunu (“NTD-İndiqo” – “Xəzri”) fevralın 4-də baş tutacaq.







Offside