27 iyul 2024. Şənbə

"Famalikan" - "Sportinq" matçı təxirə salındı

Portuqaliya Premyer Liqasının 20-ci turunun "Famalikan" - "Sportinq" matçı təxirə salınıb.


  • Offside
  • 01:00 04.02.2024
  • Oxunma sayı: 159
"Famalikan" - "Sportinq" matçı təxirə salındı

Portuqaliya Premyer Liqasının 20-ci turunun "Famalikan" - "Sportinq" matçı təxirə salınıb.

90deqiqe.az "SIC Notícias"a istinadən xəbər verir ki, buna səbəb  oyuna təhlükəsizlik üçün polisin gəlməməsi olub.

Mənbənin sözlərinə görə, oyunda kifayət qədər polis olmayıb. Oyunun təhlükəsizliyini təmin etməli olan lazımi sayda asayiş keşikçilərini yerli polis əməkdaşlarının etirazına görə toplamaq mümkün olmayıb. Bundan əlavə, stadionun yaxınlığında komandaların azarkeşləri arasında baş verən qarşıdurma nəticəsində bir nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlamalı idi, lakin oyun bir saat təxirə salınsa da, problem həll oluna bilməyəndən sonra matç ləğv edilib. Matçın yeni tarixi hələ məlum deyil.

Hazırda Portuqaliya Premyer Liqasında keçirilən 19 matçdan sonra "Sportinq" 49 xalla çempionatın lideridir. Famalikan 22 xalla 9-cu yerdədir.







Offside