27 iyul 2024. Şənbə

Hrqoviç Fyurinin əvəzinə Usiklə döyüşə bilər

IBF çempionu tituluna məcburi rəqib olan xorvatiyalı məğlubiyyətsiz ağır çəkili boksçu Filip Hrqoviç Oleksandr Usıkın növbəti rəqibi ola bilər.


  • Offside
  • 14:25 04.02.2024
  • Oxunma sayı: 87
Hrqoviç Fyurinin əvəzinə Usiklə döyüşə bilər

IBF çempionu tituluna məcburi rəqib olan xorvatiyalı məğlubiyyətsiz ağır çəkili boksçu Filip Hrqoviç Oleksandr Usıkın növbəti rəqibi ola bilər.

90deqiqe.az-ın məlumatına görə, ukraynalının mütləq dünya çempionu titulu uğrunda fevralın 17-də Tayson Fyuriyə qarşı keçirilməsi planlaşdırılan dueli “Qaraçı kralı”nın gözündən aldığı zədə səbəbindən ləğv edilmişdi.

Hrqoviç artıq britaniyalının yerinə Usiklə rinqə çıxmağa razılığını verib. Fevralın 17-də Səudiyyə Ərəbistanında keçiriləcək turnirdə bu döyüş baş tutmayacaq. Döyüş Usikin iştirakı ilə başqa tarixə təxirə salınıb.

Ümumilikdə, Aleksandrın karyerasında 21 qələbəsi və heç bir məğlubiyyəti yoxdur. Son döyüşündə ukraynalı Daniel Dubois-i nokaut edib və 3 ağır çəkidə titulunu qoruyub.







Offside