- Offside
- 23:36 15.12.2025
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb.
90deqiqe.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka məğlub olub.
Sonuncu yarış günündə mübarizəyə qoşulan digər təmsilçilərimiz Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafatsız qalıb.
Qeyd edək ki, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) uğursuz nəticə göstəriblər. Zelim Tçkayev gümüş medala sahi çıxıb.