11 dekabr 2024. Çərşənbə

Maxaçov növbəti döyüşünün vaxtını AÇIQLADI

Yüngül çəkidə UFC çempionu olan rusiyalı qarışıq döyüş sənətçisi İslam Maxaçov növbəti döyüşü ilə bağlı açıqlama verib.


  • Offside
  • 10:15 05.02.2024
  • Oxunma sayı: 109
Maxaçov növbəti döyüşünün vaxtını AÇIQLADI

Yüngül çəkidə UFC çempionu olan rusiyalı qarışıq döyüş sənətçisi İslam Maxaçov növbəti döyüşü ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, Maxaçov, növbəti döyüşünün bu ilin yayında baş tutacağını bildirib.

“Növbəti döyüşüm iyun və ya iyulda olacaq. Amma mən yenə də hər gün məşq edirəm, çünki mən çempionam, kəmərimi qorumalıyam, hazır olmalıyam”

Oktyabrın 21-də Abu-Dabidə (BƏƏ) UFC 294 turnirində baş tutan sonuncu döyüşündə Maxaçov ilk raundda avstraliyalı Aleksandr Volkanovskini məğlub edib.

Ümumilikdə, qarışıq döyüş sənətlərində karyerası ərzində Maxaçov 26 döyüş keçirib, bu döyüşlərdə 25 qələbə qazanıb və bir məğlubiyyətlə üzləşib.

Rusiyalı idmançı indi çəki dərəcələrindən asılı olmayaraq ən yaxşı UFC döyüşçülərinin reytinqində birinci yerdədir.







Offside