- Offside
- 13:25 24.11.2024
Karate üzrə ümumrespublika seminarı keçirilib.
Azərbaycan Karate Federasiyasından (AKF) 90deqiqe.az-a verilən məlumata görə, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutub.
Seminarda Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən ictimai birliklərin 30-dan çox məşqçisi iştirak edib. 700-ə yaxın uşaq, yeniyetmə və gənc idmançı 2 saat davam edən seminarda karatenin incəlikləri ilə tanış olublar.
AKF-in vitse-prezidenti Füzuli Musayev, baş katib Qabil Sayadov, idarə heyətinin üzvü Yaşar Bəşirov, Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi, Hüquq və İntizam Komitəsinin sədri Həmid Məmmədov, Qocyu-Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyasının rəhbəri Tanrıverdi Allahverdiyevin rəhbərliyi ilə keçirilən seminarın məqsədi karatenin kütləviliyinə nail olmaqdır.