- Offside
- 13:25 24.11.2024
Qadınların təkbətək yarışlarında 23 qat Böyük Dəbilqə çempionu, keçmiş dünya bir nömrəli amerikalı tennisçi Serena Uilyams dünən axşam Los-Ancelesdə baş tutan 66-cı Qremmi Mükafatlarının təqdimetmə mərasiminə qatılıb.
90deqiqe.az xəbər verir ki, 42 yaşlı idmançı sevimli qruplarından biri olan "Green Day"i təqdim etmək üçün mərasim səhnəsinə çıxıb və Amerika rok qrupunun böyük pərəstişkarı olduğunu etiraf edib.
Xatırladaq ki, Serena üçün peşəkar karyerasında sonuncu turnir 2022-ci il ABŞ Açıq turniri olub. Üçüncü mərhələdə əfsanəvi amerikalı tennisçi avstraliyalı Ajla Tomlyanoviçə məğlub olub. Daha sonra, 2023-cü il avqustun sonunda Serena ikinci dəfə ana oldu.