27 iyul 2024. Şənbə

Qusarda üzgüçülük üzrə açıq turnir keçirilib


  • Offside
  • 14:10 05.02.2024
  • Oxunma sayı: 115
Qusarda üzgüçülük üzrə açıq turnir keçirilib

90deqiqe.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində ikinci dəfə üzgüçülük üzrə turnir təşkil olunub. Yarışdan öncə keçirilən açılış mərasimində əvvəlcə idmançılar öz yerlərini alıblar. Ardınca tədbirdə iştirak edən çıxışçılar idmançılara uğurlar arzulayıblar. Qonaqlar bədii hissədə Qusarın "Lezginka" rəqs qrupunun çıxışını izləyiblər.

Yarışda Bakının Şağan və "Royal Club" kollektivləri, həmçinin Qusarın iki, Quba və Mingəçevirin bir komandası iştirak edib. O cümlədən, Qusarda yaşayan ukraynalı idmançı da turnirdə gücünü sınayıb. Oğlan və qızların 50 metr məsafəyə müxtəlif yaş qruplarında sərbəst üsulla üzmə yarışı maraqlı idman mübarizəsi şəraitində keçib. Turniri izləyənlər arasında olan Milli Məclisin deputatı Azər Badamovda olub.

 







Offside