24 oktyabr 2024. Cümə axşamı

Martino Messinin zədəsindən danışdı

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin Honq-Konqdakı yoxlama matçını buraxması ilə bağlı açıqlama verib.


  • Offside
  • 14:23 05.02.2024
  • Oxunma sayı: 125
Martino Messinin zədəsindən danışdı

"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino hücumçu Lionel Messinin Honq-Konqdakı yoxlama matçını buraxması ilə bağlı açıqlama verib.

90deqiqe.az xəbər verir ki, çalışdırıcı, argentinalı ulduzun bud nahiyəsində zədə olduğu üçün iştirak etmədiyini bildirib.

“Bu vəziyyət son bir neçə gündə müşahidə olunurdu, hamımız vəziyyətin yaxşılaşmasını gözləyirik. Klubumuzun MLS qarşısında öhdəlikləri var, ona görə də heç bir riskə getməməyə qərarı verilib”

Bundan əvvəl "İnter Mayami" Honq Konq çempionatının ulduzlarından ibarət komandanı 4:1 hesabı ilə darmadağın etmişdi.







Offside

İnyesta Messinin sirrini açıb
  • Offside
  • 17:11 23.10.2024
İnyesta Messinin sirrini açıb