- Offside
- 13:25 24.11.2024
Dünyanın 11 nömrəsi, latviyalı tennisçi Jelena Ostapenko bu gün Əbu-Dabidə (BƏƏ) start götürən sərt kort WTA-500 turnirində çıxış etməyəcək.
90deqiqe.az xəbər verir ki, 26 yaşlı raketka ustasının bu turniri buraxmasının səbəbi açıqlanmayıb.
Bildirək ki, Ostapenko turnirin 5-ci raundunda idi və yarışın ilk turunda britaniyalı tennisçi Hizer Uotsonla qarşılaçacaq idi.
Xatırladaq ki, bir gün əvvəl Ostapenko Linzdə (Avstriya) keçirilən WTA-500 kateqoriyalı turnirin qalibi olmuşdu.
Əbu-Dabidəki turnir fevralın 11-dək davam edəcək.