- Offside
- 13:25 24.11.2024
Dünya Güləş Birliyinin fevralın 12-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək Avropa çempionatının favoritlərini açıqlayıb.
90deqiqe.az xəbər verir ki, 50 kqda mübarizə aparan azərbaycan güləşçisi Mariya Stadniki də xüsusi fərqləndirilib.
Onlar 35 yaşlı güləşçini 50 kq çəki dərəcəsinin favoriti hesab edirlər. Bildirilib ki, Mariyaya 10 qat çempion titulunu qazanmaq üçün əsas rəqib ötən il finalda məğlub etdiyi ukraynalı Oksana Livaç olacaq.
Qitə yarışının ən yaxşılarından sayılan Stadnikə bolqarıstanlı Miqlena Seliska və rumıniyalı Emilia Vukun da əsas rəqiblərdən hesab olunur.
Qeyd edək ki, Avropa çempionatı fevralın 18-ə qədər davam edəcək.